Türkiyə-Misir münasibətləri yeni mərhələdə

TRT "Türkiyənin səsi" radiosunda Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun məqaləsini təqdim edirik. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Misir prezidenti Əbdülfəttah Sisi gərgin bir zamanda Türkiyəyə səfər etdi. Türkiyə prezidenti R.T.Ərdoğanın Qahirəyə gedişindən sonra reallaşan bu səfər çox mühüm qlobal və regional hadisələrin yaşandığı bir dövrdə baş verdi. Misir ilə Türkiyə arasında münasibətləri normallaşdırmaq üçün siyasi iradə var idi: tərəflər uduzmaq spiralından çıxmağa və ümumi maraqlara və çağırışlara diqqət yetirməyə meyilli idilər.

Misir prezidenti Əbdülfəttah Sisi Türkiyənin paytaxtı Ankaraya çox mühüm səfər etdi. Gərgin bir dövrdə reallaşan bu səfər Türkiyə prezidenti R.T.Ərdoğanın 2024-cü il fevralın 14-də Qahirə səfərinə bir dönüş idi.

2013-cü ildə Misirdə baş verən çevrilişə Türkiyə haqlı olaraq çox sərt reaksiya vermişdi. Bundan sonra ikitərəfli münasibətlərdə çat əmələ gəldi. Tərəflər xarici siyasətlərini bir-birinə qarşı qurdular, əlaqələri itirmək nöqtəsinə gəldilər. Ancaq bir gün Türkiyə və Misir öz mövqelərinə yenidən baxmalı oldular. Hər iki ölkə üçün bu böyük çətinliklər dövründə münasibətləri yenidən normal vəziyyətə salmaq zərurətə çevrildi, xüsusilə, Misirin yaşadığı iqtisadi çətinliklər, Efiopiyadakı Hadisə bəndi, meydan oxuma və digər olaylarla əlaqədar. 2023-cü il oktyabrın 7-dən sonra İsrailin Qəzzanı işğal etməsi və orada soyqırımı törətməyə başlaması isə Türkiyə və Misir arasında münasibətlərin normallaşması üçün mühüm təkan oldu.

Türkiyə əslində uzun müddətdir problem yaşadığı region ölkələri ilə münasibətlərini normallaşdırmaq üçün siyasi iradə nümayiş etdirirdi. Səudiyyə Ərəbistanı, BƏƏ və Misir kimi dövlətlər bu yeni normallaşma prosesində seçildi. Bu baxımdan 2021-ci ildən etibarən Türkiyə-Misir münasibətlərində bir bərpa dövrü başladığını söyləmək olar. Münasibətlərin normallaşdırılması üçün texniki nümayəndə heyətləri yaradıldı, danışıqlara başlanıldı. Problemləri hissələrə bölmək yolu ilə həll etməyə yönəlmiş, kupe (kompartman) siyasəti adlandıra biləcəyimiz bu hərəkət tərzi uğurlu alındı.

2022-ci ildə Qətərdə keçirilən Futbol üzrə Dünya Çempionatının açılış mərasimində Rəcəb Tayyib Ərdoğanla Əbdülfəttah Sisinin əl sıxması futbol diplomatiyası kimi təqdim edildi. Türkiyə prezidentinin fevralın 14-də Misir səfəri münasibətlərdə yeni bir dönüş nöqtəsi oldu. Misir prezidentinin Türkiyə səfəri də bu prosesi tamamladı.

Əbdülfəttah Sisinin Ankaraya gəlişi zamanı Qahirədə olduğu kimi bir çox sahədə mühüm müqavilələr imzalandı. Tərəflər iqtisadi cəhətdən bir-birinə dəstək olmaq iradəsini nümayiş etdirdi, qarşılıqlı ticarət həcmini 15 milyard dollara çatdırmağı planlaşdırdılar. Müdafiə sənayesi və enerji sahələrindəki ciddi potensialla bağlı da addımlar atıldı.

Əsas ümumi problemlər hazırda Qəzzada baş verən soyqırım və İsrailin ekspansionist siyasətidir. Qəzzada daimi atəşkəsin bərqərar olması, işğala son qoyulması, cinayətlərin bədəlini İsrailin ödəməsi kimi mövzularda ortaq tədbirlər görülür. Misir Türkiyənin Qəzzaya yardım göndərməsində mühüm rol oynayır. Müharibənin regionallaşdırılması ehtimalı və ABŞ-ın bölgədə hərbi yerləşməsinin artması kimi məsələlər də iki ölkənin birlikdə hərəkət etməli olduğu məsələlərdəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə