Voronejdə Şimali Koreyaya məxsus raket anbarı məhv edilib

…Rusiya Federasiyasının Voronej vilayətində Şimali Koreyanın KN-23 raketlərinin anbarı məhv edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə hərbi ekspert Aleksandr Musienko Telegram-da yazıb.

…Voronej vilayətində silah-sursat anbarı yanır və partlayır. Mənbələrimə görə, bura KN-23 ballistik raketlərinin buraxıldığı yerdir. Bir neçə həftə əvvəl yaxınlıqda daha bir böyük anbara hücum edilmişdi.

Bunu qeyd edən Musienko əlavə edib ki, Rusiya bütün dünyada raket axtarışında olduğu halda, Ukrayna Müdafiə Qüvvələri öz potensialını azaldır. Daha sonra Musienko əlavə etdi ki, Soldatskoye kəndi ərazisində çox böyük sursat anbarı var idi: “Artilleriya mərmiləri, minalar, patronlar və qumbaraatanlardan əlavə, çox güman ki, orada Şimali Koreya raketləri də var idi. Məhz Rusiyanın Ukrayna ərazisini atəşə tutduğu ballistika... Çox yaxşı iş görülüb”..?

Təbii ki, Aleksandr Musienko deyir bunu.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə