Argentina Venesuela prezidenti Maduronun həbsinə çağırır…

Argentina hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunu Venesuela prezidenti Nikolas Maduronun həbsinə order verməyə çağırır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə DPA agentliyi yazıb. Argentina Xarici İşlər Nazirliyi sentyabrın 6-da bildirib ki, Venesuelada geniş yayılmış saxtakarlıq iddiaları ilə müşayiət olunan 28 iyul prezident seçkilərindən sonra Maduro hökumətinin atdığı addımlar insanlığa qarşı cinayət sayıla bilər.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Buenos-Ayres sentyabrın 9-da Haaqa məhkəməsinə rəsmi sorğu təqdim etməklə Maduro və onun hökumətinin digər üzvlərinin həbsinə order almaq niyyətindədir.

2013-cü ildən Venesuelada hakimiyyətdə olan Nikolas Maduro mübahisəli seçkilərdən sonra üçüncü müddətə seçilib. O, ölkənin hökumət tərəfdarlarından ibarət seçki orqanı tərəfindən qalib elan edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə