...Tehran Rusiyanı Ermənistanla sərhəd münaqişəsində Azərbaycanın tərəfinə keçməkdən çəkindirir.
SİA-nın əldə etdiyi məlumata görə, “The Guardian” xəbər verir ki, ölkənin xarici işlər naziri Səid Əraqçi qeyri-adi addım ataraq Rusiyaya qarşı kəskin açıqlama verib. …Qonşularımızın ərazi bütövlüyünə şimaldan, cənubdan, şərqdən və ya qərbdən hər hansı təhlükə və ya sərhədlərin yenidən cızılması tamamilə qəbuledilməzdir və İran üçün qırmızı xəttdir.
Bunu Əraqçi bildirib.
Qeyd olunur ki, Moskva Ermənistan-İran sərhədi boyunca quru dəhlizinin yaradılması ideyasında Azərbaycanı dəstəkləyib(?).
Tehran hesab edir ki, belə bir addım İranın Avropa və dünyanın qalan hissəsinə çıxışını məhdudlaşdıra bilər.
Rusiya səfiri Aleksey Dedov Rusiya Federasiyasının mövqeyindən narazılığını bildirmək üçün İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Tehran bildirib ki, Moskvanın köməyi ilə sərhəddə münaqişə yaranır.
İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş baş komandanı Möhsün Rezai, Rusiya hökumət rəsmilərinin davranışını qəbuledilməz və onların İranla dostluq bəyannaməsinə açıq şəkildə zidd olduğunu bildirib.
“The Guardian” əlavə edir ki, Rusiya və İran strateji tərəfdaşlıq sazişi imzalamaq istəyirlər, lakin onun məzmunu hələ də müzakirə olunur.
Ukraynaya zərbələr endirmək üçün İranın pilotsuz təyyarələrindən istifadə edərək Rusiya ilə hərbi ittifaqı dərinləşdirməyin diplomatik dəyəri ilə bağlı Tehranda hakimiyyət arasında gərginlik var.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB