İraqın şimalında 27 terrorçu zərərsizləşdirilib

İraqın şimalındakı Metina, Zap, Qara, Hakurk, Qəndil və Asos bölgələrində həyata keçirilən hava əməliyyatlarında son 4 gündə separatçı terror təşkilatı PKK-nın 27 üzvü zərərsizləşdirilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bu ifadələrə yer verilib: "2024-cü il sentyabrın 2-də İraqın şimalındakı Metina, Zap, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terror hədəflərinə qarşı həyata keçirilən hava əməliyyatı nəticəsində 27 terrorçu zərərsizləşdirilib''.

Bütün xəbərlər Facebook səhifəmizdə