Ərdoğan orta müddətli proqram ilə bağlı açıqlama verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən rəsmi internet səhifəsində 2025-2027-ci illəri əhatə edəcək orta müddətli proqram (MTP) ilə bağlı paylaşım edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

''Bu gün açıqladığımız və Türkiyə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən orta müddətli proqramın ölkəmiz və millətimiz üçün xeyirlərə vəsilə olacağını ümid edirəm” ifadələrini işlədən Rəcəb Tayyib Ərdoğan deyib: "Bir tərəfdən inflyasiya ilə mübarizə aparacağıq, digər tərəfdən də kənd təsərrüfatı, sənaye, yüksək texnologiya, turizm və bir çox fərqli sektorları gücləndirəcəyik. Hökumət olaraq orta müddətli proqram çərçivəsində müəyyən edilmiş hədəflərimizə çatmaq, vətəndaşlarımızın rifahını artırmaq və gələcək nəsillərimiz üçün iqtisadiyyatımızın davamlılığını təmin etmək üçün qətiyyətlə çalışacağıq."

Bütün xəbərlər Facebook səhifəmizdə