Aİ-dən Ukraynaya 40 milyon avroluq humanitar yardım

Avropa İttifaqı (Aİ) Ukraynanın qış dövrünə hazırlığına töhfə vermək üçün 40 milyon avro humanitar yardım ayıracaq. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Komissiyası son vaxtlar enerji infrastrukturuna hücumlarla üzləşən Ukraynaya qış dövründən əvvəl əlavə humanitar yardım göstəriləcəyini açıqlayıb.

Açıqlamada 40 milyon avronun ukraynalıların ehtiyacları üçün ayrıldığı, bunun 35 milyon avrosunun Ukraynadakı humanitar yardım layihələrinə, 5 milyon avrosunun isə Moldovada ukraynalıların dəstəklənməsinə sərf ediləcəyi qeyd edilib. Açıqlamada fondun Ukraynanın soyuq qış aylarına hazırlaşmasına kömək edəcəyi, qaynaq nəticəsində zədələnmiş binaların təmir ediləcəyi, elektrik, istilik və sığınacaq kimi əsas ehtiyacların qarşılanacağı bildirilib. Açıqlamada xatırladılıb ki, Aİ Komissiyası 2022-ci ilin fevralından bəri müharibədən zərər çəkmiş Ukrayna vətəndaşları üçün müxtəlif yardım proqramlarına 966 milyon avro ayırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə