Rusiya Ukraynanı vurdu - 5 yaralı var

Rusiyanın Ukraynaya endirdiyi hava zərbələri nəticəsində 5 nəfər yaralanıb, maddi ziyan dəyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya gecə boyu Ukraynaya qarşı hücumlarını davam etdirib. Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada Rusiyanın 44 pilotsuz uçuş aparatından 27-nin vurulduğu, Rusiyanın da ölkə ərazisinə iki raket atdığı bildirilib.

Xarkov qubernatorluğundan verilən açıqlamada raket hücumu nəticəsində Lyubotin qəsəbəsindəki binaların zərər gördüyü, 3 nəfərin yaralandığı bildirilib.

Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak hava qüvvələrinin bölgədə 5 PUA və 1 raketi zərərsizləşdirdiyini açıqlayıb. Hücumlarda 2 nəfərin yaralandığını qeyd edən Lısak, 12 evin, elektrik və qaz borularının zədələndiyini bildirib.

Lvov vilayət hökumətindən verilən açıqlamada zərərsizləşdirilən pilotsuz uçuş aparatının hissələrinin sənaye sahəsinə düşməsi nəticəsində 4 pikapın alovlandığı bildirilib. Bildirilib ki, yanğına 32 yanğınsöndürəndən ibarət qrup müdaxilə edib və hücum zamanı xəsarət alan olmayıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə