Böyük Britaniyadakı məhbuslar cəzalarını çəkmək üçün Estoniyaya göndərilə bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb həbsxanalardakı həddən artıq sıxlığı aradan qaldırmaqdır. Britaniyanın planı Tallinin artıq həbsxana imkanlarını başqa ölkələrə icarəyə vermək təklifindən sonra həyata keçirilir. Böyük Britaniyanın ədliyyə naziri Şabana Mahmud və onun estoniyalı həmkarı Pakostanın bu həftə Litvanın paytaxtı Vilnüsdə keçiriləcək Avropa Şurasının iclasında bu məsələni müzakirə edəcəyi gözlənilir.
Məhbusların Estoniyaya göndərilməsi planının həyata keçirilməsi üçün Estoniya hökuməti ilk növbədə bu məsələni parlamentdə müzakirə edib təsdiq etməlidir. Böyük Britaniyadakı hökumət mənbələri əvvəlki hökumətdən miras qalmış həbsxanalardakı ağır vəziyyətə görə bu variantın ciddi şəkildə nəzərdən keçirildiyini təsdiqləyiblər. Keçən ay İngiltərə və Uelsdəki kişi həbsxanalarında demək olar ki, boş yer yox idi. Bildirilib ki, cəmi 83 boş kamera qalıb. Böyük Britaniyada məhbusların ümumi sayının 2027-ci ilin martına qədər 89.000-dən 93.100-dən 106.300-ə qədər artacağı gözlənilir. Məhkumların Estoniyaya göndərilməsi təklifi ilk dəfə ötən il Mühafizəkarlar Partiyasının konfransında o vaxtkı ədliyyə naziri Aleks Çalk tərəfindən səsləndirilib. Lakin o zaman xərcin baha olacağından narahat olduğu üçün rədd edildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB