Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Maskın vəzifəsini açıqlayıb

...ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, prezident seçkilərində qalib gələrsə, hökumətin səmərəliliyini artırmaq üçün komissiya yaradacaq.

SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Trampın planına görə, bu komissiyaya amerikalı milyarder və sahibkar İlon Mask başçılıq edəcək. Onun sözlərinə görə, Mask artıq yeni şöbəyə rəhbərlik etməyə razılaşıb. Trampın vəd etdiyi kimi, hökumətin fəaliyyətini qiymətləndirəcək və yeni islahatlar təklif edəcək.

…Məni tam dəstəkləyən İlon Maskın təklifi ilə hökumətin səmərəliliyi üzrə komissiya yaradacağam.

O, tam maliyyə auditi aparacaq və bütün federal hökumətin fəaliyyətini nəzərdən keçirəcək, köklü islahatları tövsiyə edəcək, çünki bu davam edə bilməz.

…Bundan əvvəl Tramp və Kamala Harris arasında keçiriləcək debatın qaydaları məlum olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə