ABŞ-da Ukraynanın qorunub saxlanması şərtləri üzə çıxıb..?

ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter “Dialogue Works” YouTube kanalına müsahibəsində deyib ki, Ukraynada rusiyayönlü hökumətin qurulması bu ölkə üçün münaqişənin ən yaxşı nəticəsi olacaq.

Onun fikrincə, Ukrayna müasir dövlət kimi mövcud olmağı dayandıracaq. O hesab edir ki, “ölkəyə rusiyayönlü hökumət rəhbərlik etməsə” ölkə disfunksional vəziyyətə düşəcək. Ritter hesab edir ki, bu, Ukraynanın gözlədiyi ən yaxşı şeydir.

Ekspert əlavə edib ki, Rusiya tərəfinin daimi və ya müvəqqəti saxlamasından asılı olmayaraq, ölkənin bütün əraziləri demilitarizasiya və denazifikasiya ediləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl ABŞ ordusunun istefada olan zabiti Daniel Davis Rusiya ordusunun Krasnoarmeysk istiqamətində şok sürətlə irəlilədiyini bildirmişdi. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin müdafiəsi tədricən çökdüyü üçün onun hücumu sürətləndirilə bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə