Bilmirəm, Putin, bunu etməklə məni təhqir etdi, yoxsa...

Tramp Putinin Harrisə dəstək bəyanatını şərh edib…

...Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Rusiya Federasiyasının Demokratlar Partiyasının namizədi Kamila Harrisi dəstəkləyəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Amerikalı keçmiş rəhbərin sözlərini RİA Novosti sitat gətirir.

Bundan əvvəl Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı Rusiya Federasiyasının ABŞ-ın hazırkı prezidentinin tövsiyəsi ilə Harrisə dəstək verəcəyini bildirmişdi.

Rusiya lideri qeyd edib ki, demokrat namizədin çox yoluxucu gülüşü var ki, bu da onun yaxşı getdiyini göstərir. Bununla belə, o əlavə edib ki, “son nəticədə seçim Amerika xalqına aiddir”.

…Bu gün Putin çıxdı və Harrisi dəstəklədi, bilmirəm, ona zəng edib hərarətlə təşəkkür etməliydim... Bunu necə qiymətləndirməyi başa düşmürəm, bilmirəm o, bunu etməklə məni təhqir etdi, yoxsa mənə yaxşılıq etdi.

Qeyd edək ki, bu fikrlər Trampa məxsusdur.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

…Və əsas namizədlər Tramp və Harrisdir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə