"Rusiyanın Pokrovska doğru irəliləməsi dayandırılıb..."

Bu istiqamət Ukraynanın şərqindəki müharibənin episentri idi

…Ukrayna silahlı qüvvələri Pokrovsk yaxınlığında rus ordusunun irəliləyişini dayandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, CNN xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib.

Onun sözlərinə görə, Pokrovski istiqaməti Ukraynanın şərqindəki müharibənin episentri olub.

Bununla belə, Sırski bildirib ki, Ukrayna qoşunları Rusiyanın irəliləyişini dayandıra bilib.

…Son altı gün ərzində Pokrovski istiqamətində düşmən bir metr irəliləyiş etməyib. Başqa sözlə desək, bizim strategiyamız işləyir.

O, qeyd edib ki, Ukrayna rusların manevr etmək və digər istiqamətlərdə öz əlavə qüvvələrini yerləşdirmək imkanlarını inkar edə bilib.

…Bu zəifləmə, şübhəsiz ki, digər sahələrdə də hiss olunur. Qeyd edirik ki, artilleriya hücumlarının sayı, eləcə də hücumun intensivliyi azalıb, - deyə o bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə