Andrey Sibiqa Ukrayna XİN-nin yeni rəhbəri olub

…Diplomat Andrey Sibiqa Ukrayna Xarici İşlər Nazirliyinin yeni rəhbəri təyin edilib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko öz Telegram kanalında məlumat verib.

...Rada Andrey Sibiqanın Ukraynanın Xarici İşlər Naziri vəzifəsinə təyin edilməsini dəstəkləyib.

Bunu ukraynalı parlamentari bildirib.

Onun sözlərinə görə, Sibiqanın namizədliyini 258 deputat dəstəkləyib.

Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Dmitri Kulebanın istefaya getməsi faktı sentyabrın 4-də məlum olub.

Bildirilib ki, Kiyev rejimi diplomatın tərəfdaş ölkələrdən hərbi yardımın cəlb edilməsi istiqamətindəki fəaliyyətini qane etmir. “İctimai” nəşrin mənbələrinə görə, Kulebanın enerjisi yox idi.

... Şərq İqtisadi Forumunda (EEF) Kremlin rəsmi spikeri Dmitri Peskov 2014-cü ildən bəri Ukraynada legitim hökumətin qalmadığını bildirib. Onun sözlərinə görə, ukraynalıların özləri də tezliklə mövcud vəziyyəti anlamalı olacaqlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə