İsveçin xarici işlər naziri siyasətdən gedəcəyini açıqlayıb

İsveçin xarici işlər naziri Tobias Billström gələn həftə vəzifəsindən istefa verəcəyini və siyasətdən gedəcəyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Tobias Billström rəsmi ''X'' internet səhifəsində paylaşım edib.
Tobias Billström deyib: “Bu gün baş nazirə məlumat verdim ki, xarici işlər naziri vəzifəsini tərk edirəm. Son 25 ildə müxtəlif vəzifələrdə çalışmışam. Son iki ildə nazirliyim ərzində əldə etdiyimiz nailiyyətlərə görə çox sevinirəm və fəxr edirəm. İlk növbədə, uzun prosesdən sonra İsveç nəhayət NATO-ya üzv oldu. Rusiyanın genişləməsinə qarşı uzunmüddətli siyasət irəli sürdük. Yaxın Şərqdə də vəziyyət ciddidir və İsveç Avropa İttifaqı, ABŞ və digər ölkələrlə birlikdə vəziyyəti sabitləşdirmək üçün mübarizə aparır''.
Qeyd edək ki, 50 yaşlı Billström 2022-ci ilin oktyabrından etibarən xarici işlər naziri vəzifəsini icra edir.

Bütün xəbərlər Facebook səhifəmizdə