Fikrini dəyişən Putin, danışıqlara başlamağa hazır olduğunu bildirib…
…Rusiya 2022-ci ilin yazında İstanbulda əldə olunmuş razılaşma əsasında Ukrayna ilə danışıqlara qayıtmağa hazırdır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Putin bildirib.
…Biz onlarla danışıqlara hazırıqmı? Biz bundan heç vaxt imtina etməmişik, lakin bəzi efemer tələblər əsasında deyil, İstanbulda razılaşdırılan və faktiki paraflanan sənədlər əsasında…
Deməli, Putin bunu Şərq İqtisadi Forumunda deyib.
Eyni zamanda o, Çin, Hindistan və ya Braziliyanın sülh danışıqlarında vasitəçi ola biləcəyini də deyib.
…Mən bu məsələ ilə bağlı həmkarlarımızla daimi əlaqə saxlayıram. Şübhə etmirəm ki, bu ölkələrin liderləri bu mürəkkəb prosesin bütün təfərrüatlarını başa düşməyə kömək etməyə səmimiyyətlə sadiqdirlər.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsindən sonra Putin Kiyevlə danışıqların nəticəsiz qaldığını bəyan edib.
Və indi Putin fikrini dəyişib..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB