ABŞ-ın Corciya ştatının Atlanta şəhəri yaxınlığında məktəbdə atışma baş verib. SİA xəbər verir ki, səhər saatlarında qeydə alınan atışma zamanı 4 nəfər ölüb, azı 9 nəfər yaralanıb. Yaralılar təcili yardım avtomobilləri və helikopterlərlə xəstəxanalara çatdırılıblar. Hadisəni törədən şəxs saxlanılıb. Onun 14 yaşlı gənc olduğu deyilir.
Hələlik hadisəni törədən şəxsin məktəbdə təhsil alıb-almamasına dair məlumat qeyd olunmayıb. Hadisə qurbanlarının kimlikləri açıqlanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB