…Çeçenistan hakimiyyəti LGBT-ləri və homoseksual oriyentasiyada şübhəli bilinənləri zorla Ukraynaya qarşı müharibəyə göndərir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “SK SOS” böhran qrupuna görə, ən azı yeddi belə hal etibarlı şəkildə məlumdur.
...Hüquq müdafiəçiləri deyirlər ki, homoseksuallıqda şübhəli bilinərək saxlanılan kişilər əvvəlcə şantaja məruz qalırlar. Onlara seçim təklif olunur: ya cinayət təqibi və həbsdə olarkən oriyentasiyalarının açıqlanması, ya bir milyon yarım rubl azadlığa görə ödəniş, ya da Ukraynaya göndərilməsi...
Çoxları üçün fidyə məbləği əlçatmaz olur və onlar müharibədə iştirak etmək üçün müqavilələr bağlamağa məcbur olurlar. Bu məhbuslardan birinin artıq dünyasını dəyişdiyi iddia edilir. Ukraynaya göndərilən daha 4 nəfərin taleyi məlum deyil.
Əvvəllər bildirilirdi ki, narkotik və ya alkoqoldan istifadə edən insanlar Çeçenistandan məcburi şəkildə müharibəyə göndərilir - hakimiyyət bunu “cəmiyyəti təmizləmək”lə motivasiya edirdi.
Ramzan Kadırov rejiminin əleyhdarlarının ailə üzvləri də cəza olaraq müharibəyə göndərilir. Bundan əlavə, Çeçenistan rəhbəri bu yaxınlarda Ukraynaya qarşı müharibədə mühakimə olunan və istintaq altında olan şəxslərin seçilməsi üçün işçi qrupun yaradılması haqqında fərman imzalayıb.
Əvvəllər Çeçenistanda məhbusların işə götürülməsinə heç bir məhdudiyyət yox idi, lakin indi respublikada saxtalaşdırılmış cinayət işlərinin sayı arta bilər.
Bunu hüquq müdafiəçiləri iddia edirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB