Misir prezidenti Türkiyəyə etdiyi səfərlə bağlı paylaşım etdi

Misir prezidenti Türkiyəyə etdiyi səfərlə bağlı paylaşım etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə paytaxt Ankaraya səfərə gələn Misir prezidenti Əbdülfəttah əs-Sisi rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda Türkiyəyə səfər etməkdən və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək fürsəti əldə etməkdən məmnunluğunu ifadə edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Misir və Türkiyə arasında köklü tarixi əlaqələrin olduğunu vurğulayan Sisi Türkiyə ilə Misir arasında güclü siyasi əlaqələrin olduğuna diqqət çəkib.

Sisi bəyan edib ki, Ankaraya etdiyi səfər və Prezident Ərdoğanın Qahirəyə səfəri Misir və Türkiyənin yeni dostluq və əməkdaşlığa başlamaq iradəsini əks etdirir.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Türkiyə və Misirin regional və beynəlxalq dairələrdəki mühüm rollarına əsaslanaraq iki ölkənin qardaş xalqlarının gözləntilərini qarşıladığını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə