Birləşmiş Millətlər Təşkilatının Fələstin Agentliyi İsrailin oktyabrın 7-dən bu yana Qəzzaya etdiyi hücumların vurduğu maddi ziyanın 18,5 milyard dollar olduğunu açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, verilən açıqlamada bildirilib: “Mənzil, Torpaq və Mülkiyyət Texniki İşçi Qrupunun məlumatına görə, Qəzzada ən azı 370 min evə ziyan dəyib, onlardan 79 mini tamamilə dağılıb. Qəzzada kritik infrastruktura dəyən zərərin dəyəri təxminən 18,5 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Bunun 72 faizi mənzil sektoruna, 19 faizi su, səhiyyə və təhsil kimi ictimai xidmət infrastrukturuna, 9 faizi isə ticarət və sənaye binalarına dəyən zərərlə bağlıdır”.
Birləşmiş Millətlər Təşkilatının Fələstin Agentliyi, başladılan peyvənd kampaniyasında ilk gündə 87 min uşağa, ikinci gündə 74 min uşağa, üçüncü gündə isə 26 min uşağa peyvənd edildiyini və ümumilikdə peyvənd olunan uşaqların sayının 187 minə çatdığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB