Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, son günlər Rusiyanın Ukrayna şəhərlərinə hücumları və zorakılıq dalğaları sürətlə artıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Ukraynanın mərkəzindəki Poltava şəhərinə hücumu nəticəsində ən azı 49 nəfər həyatını itirib, 219 nəfər yaralanıb. Rusiyanın bölgədəki hərbi məktəbi hədəf aldığı bildirilir. Rusiya həmçinin Zaporoje və Dnepr şəhərlərini də hədəfə alıb. Gecə boyu həyata keçirilən hava zərbələri nəticəsində Zaporojyada bir uşaq və bir qadının həyatını itirdiyi bildirilib.
Rusiyada yayılan raketlərin hərbi parada düşməsi xəbəri Ukrayna tərəfindən təkzib edilib və bölgədə hər hansı aktivliyin olmadığı bildirilib. Hücumda həyatını itirənlərin hərbi institutda təhsilə başlayan yeni əsgərlər və gənc hərbi namizədlər olduğu bildirilir. Bundan əvvəl Rusiyanın Zaporojyadakı hərbi mərasimə hücumu nəticəsində 19 əsgər həyatını itirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB