İlon Maskdan "Kommunist Kamala" paylaşımı

İlon Maskdan "Kommunist Kamala" paylaşımı

Sosial mediada Kamala Harrislə Tramp arasında söz savaşı davam edir. Trampı dəstəklədiyini açıqlayan İlon Mask da buna qatılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kamala Harrisin sosial media hesabında "Tramp vəzifəyə gəlsə, ilk gündən diktator olacaq, onu dayandırmalıyıq" yazısına cavab verən Mask, Kamala Harrisin süni intellekt tərəfindən hazırlanmış şəklini paylaşıb.

Harrisin köhnə sovet uniformasında və çəkic və oraq motivli papağında əks olunan həmin fotonun altında İlon Mask “Kamala ilk gündən kommunist diktator olmağa and içdi, bu paltarı geyindiyini təsəvvür edirsənmi?” qeydini yazıb.

Tramp hər fürsətdə Harrisi ifrat solçu kimi tənqid edir. Hətta rəqibinə “kommunist və yoldaş Kamala” deyir.

Bütün xəbərlər Facebook səhifəmizdə