Maduro Milad bayramının tarixini dəyişir

Maduro Milad bayramının tarixini dəyişir

Venesuelada qalib gəldiyi seçkilərdə qanun pozuntularına yol verildiyi iddialarına görə etirazların hədəfinə çevrilən prezident Nikolas Madurodan sürpriz addım gəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nikolas Maduro Milad bayramını oktyabr ayına keçirmək qərarına gəlib.

İyulun 29-da açıqlanan seçkilərin nəticələrinə görə, Nikolas Maduronun 51,20 faiz səslə üçüncü dəfə prezident seçildiyi bildirilib. Lakin müxalifət koalisiyasının namizədi Edmundo Qonzales və müxalifət lideri Maria Korina Maçado seçkinin nəticələrini tanımadıqlarını açıqlayıblar. ABŞ rəhbərliyi də seçkilərin şəffaf keçirilmədiyini iddia edərək, nəticələrin xalqın iradəsini əks etdirmədiyini bildirib.

Maduro "Sentyabrdayıq və Milad bayramını artıq hiss edirik. Ona görə də Milad bayramını bu il oktyabrın 1-nə keçirmək qərarına gəldim" deyib. Venesuela liderinin bu addımı ölkədə müxalifətin etirazlarını dağıtmaq üçün atılan addım kimi qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə