Cənubi Afrika Respublikasında qida zəhərlənməsi nəticəsində uşaq ölümləri diqqət çəkir. SİA xarici mətbuata istinadən xəbər verir ki, rəsmilərin məlumatına görə, 2024-cü ilin fevral ayının əvvəlindən ölkənin ən sıx məskunlaşdığı əyaləti olan Qautengdə məktəblərdə ümumilikdə 203 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu hadisələrdən 6-sı ölümlə nəticələnib. Xüsusilə gecəqondular, qeyri-rəsmi qəsəbələr və yataqxanalarda yaşayan uşaqlar arasında halların artdığı vurğulanıb. Zəhərlənmələrə marketlərdən alınan “biskvit” və “çips” kimi məhsullar səbəb olduğu bildirilib. Ölkənin Səhiyyə Nazirliyi bu uşaq ölümlərinə səbəb olan şəraitlə bağlı dərin narahatlığını bildirib.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB