“NATO parçalanır və bu, Ukraynaya əhəmiyyətli dərəcədə təsir edəcək”
...ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Ray Makqovern bildirib ki, NATO parçalanır və bu, Ukraynaya əhəmiyyətli dərəcədə təsir edəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə “Judging Freedom” YouTube kanalına müsahibəsində danışıb.
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşının sözlərinə görə, alyans üzvü olan Türkiyənin BRİKS alyansına qoşulmaq istəyi NATO haqqında çox şey deyir.
Makqovernə görə, bu, “Boğazın hər iki sahilində iki ayaqla dayanmağa” bənzəyir.
…O, çox ağıllıdır, amma burada vacib olan NATO haqqında nə deyir: NATO parçalanır.
Bunu deyən Makqovern, alyansın köməyi olmadan Ukraynanın dağılacaəını da diqqətə çatdırır.
Xatırladaq ki, bundan əvvəl “The Atlantic” jurnalı bəyan etmişdi ki, Ukraynadakı münaqişə 2025-ci ilə qədər NATO-nun dağılması üçün birbaşa katalizator ola bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB