Ukraynanın üç naziri istefa ərizəsi verib

Ukraynanın üç naziri istefa ərizəsi verib

Ukrayna Ali Radasına üç nazirin istefası ilə bağlı bəyanatlar daxil olub.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna parlamentinin spikeri Ruslan Stefançuk bildirib.

Strateji Sənaye Nazirliyinin rəhbəri Aleksandr Kamışin, Ədliyyə Nazirliyinin rəhbəri Denis Malyuska, Ekologiya Nazirliyinin rəhbəri Ruslan Strelets, eləcə də Dövlət Əmlak Fondunun rəhbəri Vitali Koval istefaya gedirlər.

...Bütün müraciətlərə növbəti plenar iclaslardan birində baxılacaq.

Bunu Stefançuk deyib.

...Denis Malyuska 29 avqust 2019-cu ildə ədliyyə naziri vəzifəsinin icrasına başlayıb. O, prezidentin Xalq Qulluğu Partiyasının üzvüdür. Ukrayna mediası, o cümlədən Zerkalo Nedeli onun iyulun ortalarında istefa məktubu yazdığını bildirib.

Aleksandr Kamışin 2023-cü ilin martında Ukraynanın strateji sənaye naziri olub. Bundan əvvəl o, “Ukrzaliznitsa” (Ukrayna Dəmir Yolları) idarə heyətinin sədri olub.

Ruslan Strelets 2022-ci ilin aprelindən Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər naziri, 2021-ci ilin noyabrından isə müvəqqəti olaraq bu idarənin rəhbəri vəzifəsini icra edir.

Bundan əvvəl o, Dnepropetrovsk vilayətinin administrasiyasında işləyib. May ayında baş nazirin yenidənqurma üzrə müavini, icmaların inkişafı və infrastruktur naziri Aleksandr Kubrakov Ukrayna hökumətini tərk edib.

İyun ayında Ukraynanın Yenidənqurma və İnfrastruktur İnkişafı Agentliyinin rəhbəri Mustafa Nayem istefa verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə