Cevdet Yılmaz Orta Müddətli Proqramı açıqlayacaqlarını bildirib

Cevdet Yılmaz Orta Müddətli Proqramı açıqlayacaqlarını bildirib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz sentyabrın 5-də Yeni Orta Müddətli Proqramı (MTP) açıqlayacaqlarını söyləyib

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Cevdet Yılmaz ''TRT Haber''ə verdiyi müsahibədə bildirib.

Cəmiyyətin bütün təbəqələri ilə məsləhətləşmələrin aparıldığını və hazırlıqların tamamlandığını bildirən Cevdet Yılmaz 2025-2027-ci illəri əhatə edən MTP-ni cümə axşamı açıqlayacaqlarını qeyd edib.

Orta Müddətli Proqramın əsas çərçivəsinin dəyişmədiyini ifadə edən Cevdet Yılmaz hədəfin inflyasiyanın azaldılması, artım və məşğulluq səviyyəsinin qorunması və daimi sosial rifahın yüksəldilməsi olduğunu deyib. Cevdet Yılmaz bu çərçivədə üç əsas yeniləmənin olacağını söyləyib.

Türkiyənin vitse-prezidenti Orta Müddətli Proqram çərçivəsində yenilənəcək məlumatlardan birinin cari kəsir olacağını ifadə edib.

Son 20 ildə dünyadan daha sürətli inkişaf edən Türkiyənin orta inkişaf tempinin 5,5 faiz olduğunu bildirən Cevdet Yılmaz bu ilin ilk 6 ayı nəzərə alındığında Türkiyə iqtisadiyyatının 3,8 faiz inkişaf etdiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə