Narkotik alverçisi protez ayaqda “mal” daşıyırmış...

Narkotik alverçisi protez ayaqda “mal” daşıyırmış...

...Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Moskva rayonunun “təşəbbüskar” sakini Staro-Peterqofski prospektindəki 26B saylı evin yaxınlığında saxlanılıb. SİA bu barədə rus saytlarına istinad edir.

Polis əməkdaşları onun sağ ayağının protezinə baxış keçirərkən, şübhəlidən 2 kisədə çəkisi 3 qram olan qadağan olunmuş maddə aşkar edərək götürüblər.

Müsadirə edilən maddələr ekspertizaya göndərilib, onların narkotik olduğu məlum olub.

Sonradan ümumilikdə 950 qrama yaxın qadağan olunmuş maddə götürülüb. Faktla bağlı 2-ci maddə ilə cinayət işi başlanıb.

Saxlanılan şəxs ev dustaqlığına buraxılıb. Bundan əvvəl xəbər verilmişdi ki, Sankt-Peterburqda iki qardaş cipdə bir kiloqram narkotiklə gəzərkən yaxalanıblar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə