Daha 33 fələstinli həlak olub...

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 40 819 nəfərə yüksəlib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 333 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi hücumlar nəticəsində daha 33 fələstinlinin həyatını itirdiyi, 67 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 40 819-a, yaralıların sayının isə 94 291 nəfərə yüksəldiyi qeyd edilib.

Dağıntılar altında və yol kənarında hələ də minlərlə ölünün olduğu, ancaq İsrailin maneələri səbəbindən mülki müdafiə işçilərinin və tibbi qrupların cəsədlərin olduğu bölgəyə daxil ola bilmədiyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə