Kabardin-Balkarda kəskin bağırsaq infeksiyası baş verib

200-dən çox insan xəstəxanalı olub
Kabardin-Balkarda kəskin bağırsaq infeksiyası baş verib

...Kabardin-Balkar Respublikasının Baskan şəhərində kəskin bağırsaq infeksiyası epidemiyası baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə regional Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

İdarənin məlumatına görə, hazırda xəstəxanalarda 70 zərərçəkən var.

...Reanimasiya şöbəsində olan 2008-ci il təvəllüdlü yeniyetmə federal mərkəzin mütəxəssislərindən teletibb konsultasiyası alıb və bu gün müsbət dinamika ilə şöbəyə köçürülüb, - Səhiyyə Nazirliyi Telegram kanalında aydınlıq gətirib.

Xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinin vəziyyəti orta ağırdır və onlara lazımi tibbi yardım göstərilir.

Eyni zamanda, zəhərlənmə əlamətləri yüngül olan zərərçəkənlərin bir qismi evdə qalır.

Regional prokurorluğun məlumatına görə, Kabardin-Balkar bölgəsində ümumilikdə 212 nəfər bağırsaq infeksiyası epidemiyasından əziyyət çəkib.

Baş verən hadisələr fonunda respublikanın iki məktəbi, iki məktəbəqədər təhsil müəssisəsi və bir kollec fəaliyyətini dayandırıb.

İlkin məlumata görə, hadisəyə səbəb krandan axan sudan zəhərlənmə ola bilər. Hadisə ilə bağlı cinayət işi açılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə