Sərxoş sürücülərdən alınan avtomobillər Ukraynaya veriləcək

Sərxoş sürücülərdən alınan avtomobillər Ukraynaya veriləcək

...Latviya sərxoş halda idarə etdiyi üçün sahiblərindən müsadirə edilən 18 avtomobili Ukraynaya verəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Baltikyanı Delfi portalı yazıb.

Kiyevə veriləcək avtomobillərin ümumi dəyəri 94 min avronu keçir. Onlardan ən bahalısı 25 min avro olan 2017-ci ilin Audi Q7 modelidir.

Latviya hökumətinin bu qərarı çərşənbə axşamı, sentyabrın 2-də verdiyi dəqiqləşdirilir. Avtomobillər pulsuz olaraq veriləcək.

...Bir müddət əvvəl Latviya Rusiya Federasiyası vətəndaşlarının ölkədə yaşamaq icazəsi (yaşayış icazəsi) ala biləcəyi yeni qaydalar tətbiq etdi. İndi ruslar xüsusi hərbi əməliyyata münasibəti də daxil olmaqla, bir sıra təxribat xarakterli sualları ehtiva edən testdən keçməlidirlər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Latviya hakimiyyətinin belə bir addımını “ayrı-seçkilik və rusofobiya” adlandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə