Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

İraqın şimalındakı Hakurk və ''Pəncə-Kilid'' əməliyyatı bölgələrində aşkar edilən separatçı terror təşkilatı PKK-nın 6 üzvü zərərsizləşdirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bu ifadələrə yer verilib: "Terrorçu hardadırsa, hədəfimiz də ordadır. Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk və ''Pəncə-Kilid'' əməliyyatı bölgələrində aşkar edilən 6 PKK terrorçusu zərərsizləşdirib''.

Nazirliyin daha əvvəl yaydığı bəyanatda İraqın şimalında separatçı terror təşkilatı PKK-ya qarşı həyata keçirilən hava əməliyyatında terrorçulara məxsus 20 hədəfin məhv edildiyi bildirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə