Konqo Demokratik Respublikasının paytaxtı Kinşasadakı Makala həbsxanasında qaçmağa cəhd 129 nəfərin ölümü ilə nəticələnib. Hökumət 24 nəfərin güllələnərək öldüyünü, digərlərinin isə itələndiyini və ya boğularaq öldürüldüyünü açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Mərkəzi Afrika ölkəsi Konqo Demokratik Respublikasının Makala həbsxanasında qaçmağa cəhd edilib.
Paytaxt Kinşasada baş verən insident zamanı azı 129 nəfər ölüb, 59 nəfər yaralanıb. Daxili İşlər Naziri Şabani Luku mövzu ilə bağlı açıqlamasında deyib: “Müvəqqəti ölənlərin sayı 129-dur, onlardan 24-ü odlu silahla, digər qurbanlar isə xəbərdarlıqdan sonra itələmə və ya boğularaq öldürülüb. Həmçinin hökumətin qayğısına qalan 59 yaralı var”.
Nazir Bihanqo sosial mediada verdiyi açıqlamada həbsxananın inzibati binasında, ərzaq anbarlarında və xəstəxanada yanğın baş verdiyini fikirlərinə əlavə edib. Hökumət vəziyyətin hazırda nəzarət altında olduğunu və araşdırmaların davam etdiyini açıqlayıb. Həbsxana rəsmisi bundan əvvəl heç bir məhbusun qaça bilməyəcəyini, qaçmağa cəhd edənlərin öldürüldüyünü bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB