Yaponiyada həddindən artıq istilər 248 nəfərin həyatına son qoyub

Yaponiyada həddindən artıq istilər 248 nəfərin həyatına son qoyub

Yaponiyanın paytaxtı Tokioda yüksək temperatur səbəbindən həyatını itirənlərin sayı 248-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tokio Böyükşəhər Qubernatorluğunun Tibbi Müayinə Bürosu həddindən artıq istilərin səbəb olduğu ölümlərlə bağlı məlumatları yeniləyib.

Müvafiq olaraq, iyun-avqust ayları arasındakı 3 aylıq dövrdə paytaxt metropolunda yüksək temperaturdan ölənlərin sayı 248-ə yüksəlib. Araşdırmalar zamanı mərhumun yaşlarının 40-90 arasında olduğu, yaşadıqları evlərdə və iş yerlərində kondisioner olmadığı və ya aktiv istifadə edilmədiyi müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə