Bağdad səfirliyi 33 ildən sonra yenidən açılıb

Bağdad səfirliyi 33 ildən sonra yenidən açılıb

İsveçrə 33 ildən sonra İraqdakı Bağdad səfirliyini yenidən açıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada deyilib: "İsveçrə 1991-ci ildə Körfəz Müharibəsi səbəbi ilə əvvəlki nümayəndəliyini bağladıqdan 33 il sonra bu gün İraqdakı səfirliyini yenidən açdı".

Açıqlamada qeyd olunub ki, Federal Şura Bağdad səfirliyini yenidən açmaqla İraqla ikitərəfli əlaqələri gücləndirmək və iqtisadi, təhlükəsizlik və miqrasiya mövzularında əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır.

Bu addımın Federal Şuranın 2021-24 Yaxın Şərq və Şimali Afrika Strategiyasının hədəfi çərçivəsində atıldığı da ifadə edilən açıqlamada bildirilib: "İraqın təhlükəsizlik vəziyyəti son illərdə şiddətli bir dövrdən sonra yaxşılaşıb. Bu gün Bağdadda Avstriya, Fransa, İtaliya və Almaniyanın da olduğu 50-dən çox ölkənin səfirliyi var".

Bütün xəbərlər Facebook səhifəmizdə