"Hvaldimir" adlı casus balina ölü tapılıb - FOTO

"Hvaldimir" adlı casus balina ölü tapılıb - FOTO

Norveç sahillərində məşhur "casus balina" ölüb. "Hvaldimir" ləqəbli Beluqa balinasının rus ordusu tərəfindən əhələşdirildiyi düşünülürdü. Ölümün səbəbi isə hələlik məlum deyil. SİA xarici KİV-ə istinadən xəbər verir ki, dünya "Hvaldimir"i beş il əvvəl tanıyıb. O, Norveçin şimalında üzərində quraşdırılmış xüsusi mexanizmlə üzən halda tapılıb. Onun "casus balina" kimi şöhrəti geniş ictimaiyyətdə düşüncələrə səbəb olub. Lakin "Hvaldimir"in ölü tapılması bu maraqlı hekayəni faciəvi sona çatdırıb.

Onun cəsədini balıq tutmağa gedən ata və oğlu tapıb. Qruplar balinanın cansız cəsədini sudan çıxararkən bədənində quşların və ya digər dəniz canlılarının səbəb olduğu düşünülən yara izləri aşkar edilib. "Hvaldimir" müayinə üçün yaxınlıqdakı limana aparılıb. Burada ölüm səbəbinin müəyyən edilməsi üçün lazımlı araşdırmalara başlanılıb. O, ilk dəfə Norveç sahillərində görünəndə üzərinə qoyulmuş kameranın üzərində “Sankt-Peterburq avadanlığı” sözləri yazılmışdı. Bu, balinanın Rusiya tərəfindən yetişdirilmiş casus olması fikrini gücləndirib. Buna görə də ona “hval”, norveçcə balina və Rusiya prezidenti Putinin ilk adı olan “Vladimir” sözlərinin birləşməsindən yaranan “Hvaldimir” ləqəbi verilib.

"Hvaldimir"in yaşının 14-15 civarında olduğu təxmin edilirdi. Norveç sahillərində yaşadığı beş il ərzində onunla qarşılaşan insanların ifadələri "Hvaldimir"in nə qədər itaətkar olduğunu və insanlarla oynamaqdan həzz aldığını ortaya qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə