Türkiyəli iş adamları Dilan və Engin Polatın da olduğu 28 nəfər sabah hakim qarşısına çıxacaq. Polat cütlüyü müxtəlif cinayətlər, xüsusilə çirkli pulların yuyulması ittihamı ilə mühakimə olunur. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dilan və Engin Polatın da aralarında olduğu 28 nəfər “cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq və idarə etmək”, “cinayət nəticəsində əldə edilmiş əmlak dəyərlərinin yuyulması” və “Mərkəzi oyunların təşkili haqqında qanunu pozmaq” cinayətlərinə görə məhkəməyə verilib.
Müttəhim sabah Anadolu 2-ci Asliye Cəza Məhkəməsində ilk dəfə hakim qarşısına çıxacaq. 2023-cü il noyabrın 5-də həbs edilən Dilan Polat 2024-cü il avqustun 19-da sərbəst buraxılıb.
1 noyabr 2023-cü il tarixində və ondan sonra mərkəzi İstanbul olan 6 vilayətdə keçirilən əməliyyatlarda aralarında Dilan Polat və əri Engin Polatın da olduğu şübhəlilər saxlanılıb. Maliyyə Cinayətləri İstintaq Şurasının hazırladığı ibtidai istintaq hesabatında saxta hesab-fakturalar verilərək, ləğv olunan 3 şirkətdən ailə üzvlərinə məxsus şirkətlərə 200 milyon lirə pul köçürüldüyü müəyyən edilib.
Dilan və Engin Polatın sahibi olduğu bir tibb şirkətinin Ankarada başqa bir şirkətə ad hüququ verdiyi və bu şirkətin hesabında olan 1 milyon 800 min lirənin ortaqların şəxsi hesablarına köçürülməsinə çalışıldığı müəyyən edilib. Anadolu Baş Prokurorluğu Dilan Polat və Engin Polata qarşı "cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq və idarə etmək", "cinayət nəticəsində əldə edilmiş əmlakın sərvətlərinin yuyulması" və s. ittihamları ilə ümumilikdə 20 ittiham irəli sürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB