Rusiyanın Kamçatka bölgəsində vulkanın yaxınlığından havaya qalxdıqdan sonra xəbər alınmayan turist helikopterinin meşəyə çırpıldığı və sağ qalanların olmadığı bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəzaya səbəb olan “Vityoz-Aero” turizm şirkətinin sahibi Kirill Seregin də daxil olmaqla bir qrup qonur ayıları təbii yaşayış yerlərində görmək üçün ötən şənbə günü yola düşüb. Bundan dərhal sonra radarlardan itən helikopterin qalıqları məlum olan sonuncu yerə yaxın ərazidə tapılıb. Yanmış, qalıqları dağın yamacında tapılan helikopterdən sağ qalanların olmadığı, Rusiya Futbol İttifaqının maliyyə direktoru Arsenti Zamyatin və həyat yoldaşı da daxil olmaqla 19 turist və 3 ekipaj üzvünün həyatını itirdiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB