İsraildə Netanyahu əleyhinə etirazlar davam edir

İsraildə Netanyahu əleyhinə etirazlar davam edir

İsraildə baş nazir Benyamin Netanyahu hökumətinin Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşması ilə bağlı razılığa gəlməməsinə reaksiya olaraq təşkil edilən etirazlar on minlərlə insanın iştirakı ilə iki gündür davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, on minlərlə insan bir çox yerlərdə, xüsusən Qərbi Qüds və Təl-Əvivdə, həmçinin Netanyahunun şəxsi iqamətgahının yerləşdiyi Hayfa və Qeysəriyyədə küçələrə çıxıb.

Yolları bağlayan və bəzi yerlərdə od yandıran nümayişçilər polisin müdaxiləsi ilə qarşılaşıb. Əllərində İsrail bayraqları tutan etirazçılar baş nazir Netanyahuya və onun hökumətindəki siyasətçilərə qarşı pankartlar və plakatlar qaldırıblar.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə