"İsrail HƏMAS hərəkatından olan fələstinli radikalları Qəzzada öldürülən altı girovun qətlinə görə yüksək qiymət ödəməyə məcbur edəcək”. SİA TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında bildirib.
“İsrail sakitləşməyəcək və bu qətli unutmayacaq. HƏMAS bunun cavabını ağır ödəyəcək”, - o deyib.
Baş nazir həlak olanların ailələrinə başsağlığı verib, baş verənlərdən dərin təəssüf hissi keçirdiyini bildirib və İsrailin varlığı uğrunda mübarizə apardığını, bu səbəbdən ölkənin birliyini qorumalı olduğunu vurğulayıb.
“Onları diri qaytara bilmədiyim üçün üzr istəyirəm. Biz buna çox yaxın idik, amma bacarmadıq”, - deyə o əlavə edib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 6-da İsrailə hücum zamanı HƏMAS tərəfindən əsir götürülən rusiyalı Aleksandr Lobanov və digər 5 əsirin cəsədləri avqustun 31-i axşam saatlarında Rəfahda yeraltı tuneldə tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB