İraqdan Türkiyəyə keçmək istəyən terrorçular zərərsizləşdirildi

İraqdan Türkiyəyə keçmək istəyən 4 terrorçu zərərsizləşdirilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb. Onun sözlərinə görə, terrorçulardan biri qırmızı, digəri boz kateqoriyada axtarışda olub: “Paramotorlardan istifadə edərək aksiyaya hazırlaşan və zərərsizləşdirilən 4 terrorçunun şəxsiyyəti müəyyən edilib.

Terrorçuların 13 mühafizəçinin şəhid olduğu, 39 mühafizəçi və 6 mülki vətəndaşın yaralandığı, ümumilikdə 22 aksiyada iştirak etdiyi müəyyən edilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə