Hesablama Palatası Fransa kilsələrinin idarə edilməsindəki qanunsuzluqları aşkara çıxarıb

Hesablama Palatası Fransa kilsələrinin idarə edilməsindəki qanunsuzluqları aşkara çıxarıb

Fransanın Hesablama Palatası Fransanın Romadakı kilsələrinin idarə edilməsinə dair hesabatını ictimailəşdirib. SİA “Figaro”ya istinadla xəbər verir ki, 5 tarixi kilsəni Fransanın İtaliyadakı Səfirliyi idarə edib.

Hesablama Palatası bildirir ki, tarixi tikililərdə təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilmir. Bu da həm binalar, həm də insanlar üçün ciddi təhlükə yaradır. Kilsələrdə inventarlaşdırma düzgün aparılmayıb.

Palatanın aşkara çıxardığı ən ciddi məqam təmir-bərpa işlərinin tender elan edilmədən az sayda şirkətə həvalə olunmasıdır. Auditorların fikrincə, icra olunmuş işlərin qiymətinin şişirdilməsi riski böyükdür.

Bütün xəbərlər Facebook səhifəmizdə