Putinin qardaşı oğlu üç dəfə Avropaya səfər edib, özü də...

...müharibə başlayandan sonra
Putinin qardaşı oğlu üç dəfə Avropaya səfər edib, özü də...

...Vladimir Putinin böyük qardaşı oğlu Dmitri Loqinov (əmisi oğlu və Rusiya müdafiə nazirinin müavini Anna Tsivilevanın oğlu-A.B.) Ukrayna ilə müharibə başlayandan sonra üç dəfə Avropaya səfər edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu, Federal Tədqiqt Xidmətinin sərhəd xidməti məlumat bazasının Rusiya sərhədini keçən vətəndaşlar haqqında məlumatların sızması sayəsində məlum olub.

Bu arada “Sirena” Putinin qohumunun səfərlərinə diqqət çəkib.

Belə ki, 2022-ci ilin iyulunda Loqinov İstanbula uçub və bir ay sonra Finlandiya vasitəsilə avtomobillə Rusiyaya qayıdıb. 2023-cü ilin yanvarında o, təxminən üç aya yaxın səyahət edərək yenidən Türkiyə üzərindən Avropa Birliyinə yollanıb. Loqinov Estoniya ilə sərhəddən Rusiyaya qayıdıb. Bir aydan az müddətdə o, yenidən Estoniya vasitəsilə Avropa İttifaqına gedib.

Anna Tsivileva Putinin əmisi oğlunun qızıdır. O, Kemerovo vilayətinin keçmiş qubernatoru və yeni energetika naziri Oleq Tsivilevlə evlidir. Tsivileva Yakutiyada qeydiyyatdan keçmiş Kolmar kömür mədəni holdinqinin sahibidir və Avropa İttifaqı, Böyük Britaniya və İsveçrənin sanksiyaları altındadır. Bir müddət Vətən Müdafiəçiləri Fonduna rəhbərlik edib və müqavilə xidmətini reklam edib.

2024-cü ilin iyununda Putin Tsivilevanı Rusiya müdafiə nazirinin müavini təyin edib. Avqust ayında o, dövlət katibi vəzifəsinə yüksəlib.

26 yaşlı Dmitri Loqinov anasının Kolmar holdinqinə daxil olan Kolmar-Tour turizm şirkətinin sahibidir. Holdinq Böyük Britaniyanın sanksiyaları altındadır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə