Rumıniyada "Patriot" sisteminin Ukraynaya verilməsi təsdiqlənib

Rumıniyada "Patriot" sisteminin Ukraynaya verilməsi təsdiqlənib

Rumıniya parlamentinin yuxarı palatası - Senat bazar ertəsi, sentyabrın 2-də "Patriot" zenit-raket kompleksinin Ukraynaya verilməsinə dair hökumət qanun layihəsini təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Digi24 yazır.

Rumıniyalı senatorlardan 101-i hava hücumundan müdafiə sisteminin Ukraynaya verilməsi ilə bağlı hökumət qanun layihəsinin lehinə, 13-ü əleyhinə, daha ikisi isə bitərəf qalıb.

Rumıniya Senatının Müdafiə Komitəsinin rəhbəri Nikoleta Pauluc ümid etdiyini bildirib ki, bu həftənin sonuna qədər qanun layihəsi qanun layihələrinin qəbulunda son söz sahibi olan aşağı palatadan – Deputatlar Palatasından da keçəcək.

Pauluc vurğulayıb ki, “Patriot” zenit-raket kompleksinin təhvil verilməsi “Rumıniyanın müdafiəsiz qalacağı anlamına gəlmir”, çünki Buxarestdə daha yeddi belə sistem var, onlardan ikisi artıq istismardadır, daha ikisi istismara verilib və daha üçü tezliklə gələcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə