Sankt-Peterburq sakini onun üstündə axtarış aparan polisi dişləyib

Sankt-Peterburq sakini onun üstündə axtarış aparan polisi dişləyib

...29 yaşlı Sankt-Peterburq sakini onun üzərində axtarış aparmaq istəyən polisi dişləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Fontanka” nəşri öz Telegram kanalında yazıb.

Deməli, hadisə Kalininski rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik vasitələrdən və ya psixotrop maddələrdən həkim resepti olmadan istifadə edən şəxsi saxlayıblar.

Axtarış zamanı polis Sankt-Peterburq sakinindən naməlum həblər tapıb.

Sənədləşmə zamanı saxlanılan şəxs götürdüyü maddəni udmaq istəyib və polis əməkdaşının müdaxiləsindən sonra onu dişləyib.

Maraqlıdır ki, polis üçün təcili yardım çağırılıb.

...Və yeri gəlmişkən bundan əvvəl Şeremetyevoda sərxoş 29 yaşlı sərnişin də onu həbs etmək istəyən polisi dişləyib. Həmin şəxs İrkutskdan Moskvaya uçurmuşu. Uçuş zamanı o, özünü nalayiq aparmağa başladığından pilotlar polisə müraciət ediblər. Və o da aeroportda onu gözləyən polis əməkdaşlarından birini dişləyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə