ABŞ-ın Rusiya ərazisində ATACMS raketlərinin istifadəsinə icazə vermək qərarının “artıq yolda” olduğunu düşünməyə əsas var.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə telemarafonda Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko bildirib.
Onun sözlərinə görə, son zamanlar təhdidedici tendensiyalar yaranıb: rusların bu yaxınlarda Xarkovu vurduğu üç raketin S-300 və S-400 olduğu müəyyən edilib.
Musienkonun sözlərinə görə, düşmənin yenidən S-300 qurğularını sərhədə yaxınlaşdırmağa başlaması ABŞ-ın Rusiya ərazisinə uzaqmənzilli zərbələrə icazə verməsini təcili edir.
...Ballistik zərbələrdən qorunmaq üçün 370 km mənzilli “F-16” təyyarəsi üçün ATACMS və ya daha yaxşısı JASSM raketini vura bilmək lazımdır. Və bu, artıq müəyyən zonaya zəmanət verir ki, oradan düşmən üçün hücumlar etmək problemli olacaq.
Bunu Musienko vurğulayıb.
Onun sözlərinə görə, Ukraynanın aerodromlara zərbə endirmə təhlükəsi ilə əlaqədar Rusiyanın öz təyyarəsini ölkəyə köçürmək qərarı müvəqqətidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB