...Əgər Çin ərazi bütövlüyünü təmin etmək üçün Tayvanı işğal etməyə hazırlaşırsa, onda Rusiyanın 19-cu əsrdə ondan aldığı geniş torpaqları geri qaytarmalıdır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Tayvan prezidenti Lay Çin To deyib.
Çin demokratik yolla idarə olunan Tayvana öz ərazisi kimi baxır və adanı öz nəzarəti altına almaq üçün güc tətbiqindən heç vaxt imtina etməyib.
Bu kontekstdə Çinin “separatçı” adlandırdığı prezident Lay Çinin o vaxtkı Rusiya imperiyasına Amur çayının şimalında nəhəng bir ərazi verdiyi 1858-ci il Ayqun müqaviləsini xatırladıb.
...Çin Tayvanda hər hansı bir şəxsin və ya siyasi partiyanın dediyi və ya etdiyi bir şeyə görə deyil, Tayvana hücum etmək və onu ilhaq etmək istəyir. Çin ərazi bütövlüyü naminə Tayvanı ilhaq etmək istəmir. Əgər bu, ərazi bütövlüyü naminədirsə, niyə Rusiyanın işğal etdiyi, Ayqun müqaviləsində qeyd olunan torpaqları geri qaytarmır? Rusiya indi ən zəif vəziyyətindədir. Rusiyadan torpaqları qaytarmağı istəyə bilərsiniz, amma istəmirsiniz. Beləliklə, onların ərazi səbəblərinə görə Tayvanı işğal etmək istəmədikləri açıq-aydın görünür, - deyə Lay bildirib.
Tayvan prezidentinin sözlərinə görə, Çinin adaya potensial hücumunun əsl səbəbi Çinin müasir qaydalara əsaslanan dünya nizamını məhv etmək və Qərbi Sakit okeanda öz hegemonluğunu qurmaq istəməsidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB