Rəqəmsal platformada yayımlanacaq “Famagusta” (Mağusa) serialına Türkiyə reaksiya verib.
SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi “X” sosial mediada rəqəmsal platformada yayımlanacaq “Mağusa” serialı ilə bağlı bildirib: “Rəqəmsal platformada yayımlanacaq “Famagusta” adlı serial tarixi faktları təhrif edərək Cənubi Kipr hökumətinin qara təbliğatına xidmət edir. Serial 1963-1974-cü illər arasında qaniçən Rum quldur dəstələri tərəfindən qətlə yetirilən Qıbrız türklərinin əziz xatirələrinə böyük bir hörmətsizlikdir. Gerçəkləri olduğundan fərqli əks etdirməyə yönəlmiş bu cür əbəs cəhdlər milli davamız olan Qıbrız uğrunda mübarizə əzmimizi daha da gücləndirir. Şimali Kipr qazilərimizi hörmətlə, şəhidlərimizi rəhmətlə yad edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB