Filippində tropik qasırğa olub - 11 nəfər ölüb

Filippində tropik qasırğa olub - 11 nəfər ölüb

Filippində tropik qasırğanın yaratdığı sel və torpaq sürüşmələri nəticəsində 11 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Filippinin paytaxtı Manilanın cənubundakı Bikol bölgəsində dünəndən etibarən qüvvəyə minən "Yagi" tropik qasırğası bir çox bölgədə həyata mənfi təsir edib.

Fırtınanın yaratdığı leysan yağışları sel və torpaq sürüşməsinə səbəb olub. Manila boyunca məktəblər və dövlət idarələri bağlanarkən, təsirlənmiş ərazilərdə bərə xidmətləri dayandırılıb və 29 daxili reys ləğv edilib.

Səlahiyyətlilərdən verilən açıqlamada paytaxt yaxınlığındakı Antipolo şəhərində baş verən sürüşmə nəticəsində biri hamilə qadın olmaqla 3 nəfərin öldüyü bildirilib. Şəhərin 3 fərqli bölgəsində dərələrin daşması nəticəsində 4 nəfərin boğularaq öldüyü bildirilərkən, Naqa şəhərində küçələrdə 1 nəfərin elektrik cərəyanı vurması, qızın isə boğularaq öldüyü açıqlanıb. Ötən gün Sebu şəhərində baş verən iki torpaq sürüşməsi nəticəsində 2 nəfər ölüb, 5 evə ziyan dəyib.

Meteoroloqlar tropik qasırğanın ölkənin şimalına doğru irəlilədiyini açıqlayıb və əhalini diqqətli olmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə