İsrailin 7 oktyabr 2023-cü ildən bəri ölüm yağdırdığı Qəzzada can itkisi 40 min 786-ya yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail 332 gündür Qəzza zolağında qırğınlarını davam etdirir.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda Qəzza zolağına edilən 3 hücumda 48 fələstinlinin həyatını itirdiyi, 70 fələstinlinin isə yaralandığı bildirilib. İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının 40 min 786-ya, yaralıların sayının isə 94 min 224-ə yüksəldiyi qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB